Aygün Kazımova haqqında
Azərbaycanın xalq artisti, müğənni və bəstəkar kimi fəaliyyat göstərən Aygün Kazımova haqqında məlumatları sizə təqdim edirik.
Aygün Kazımova 1971-ci ildə yanvar ayının 26-da Bakıda dünyaya gəlib və burada böyüyüb boya başa çatıb. Müğənninin yaradıcılığı 1988-ci ildə “Bakı Payızı-88” musiqi festivalında qalibiyyəti ilə başlayıb. Bunun ardınca 1989-cu ildə Yurmala və 1992-ci ildə “Asiya Dausy” müsabiqələrində iştirak edib. 1996-cı ildə Kazımova İstanbulda keçirilən beynəlxalq müsabiqənin laureatı olub. 1997-ci ilin ortalarında məşhur bəstəkar Vaqif Gərayzadənin mahnılarından ibarət “Sevgi gülləri” adlı ilk solo albomunu buraxdı.
Aygün Kazımova mahnıları
1998-1999-cu illərdə “Qoy işığı söndürüm”, “Avarasan”, “Bir payız gecəsi”, “Vokaliz”, “Tənha Qadın”, “Şərq qızı” adlı bir neçə uğurlu sinqlını buraxıb. 1999-cu il aprelin 10-da Heydər Əliyev Sarayında onun “Aygün bir gün” adlı ilk böyük solo konserti oldu. 2000-ci ildə Kazımova üç Böyük Mükafat alıb: “Aygün bir gün” konsertinə, “Gecələr” hitinə görə, həmçinin “ilin ən yaxşı müğənnisi” seçilməsinə görə. Elə həmin il “AYGÜN” albomunu buraxdı və H.Əliyev adına Dövlət Mərkəzi Konsert Sarayında 2 günlük konsert proqramı ilə çıxış etdi. 2001-ci ildə yenidən, 2000-ci ildə olduğu kimi eyni nominasiyalarda üç Böyük Mükafat aldı. 2001-ci ilin sentyabrında Kazımova “Sevdim” adlı albomunu buraxdı. Azərbaycan və Türkiyə televiziyalarında yayımlanan bir neçə mahnıya kliplər çəkilib. Eyni zamanda müğənni Şimali Kiprdə keçirilən “Best Model 2001” müsabiqəsində çıxış edib.
2004-cü ildə üç illik fasilədən sonra Kazımova “Son söz” albomunu buraxır. Tbilisidə lentə alınan Hüseyn Abdullayevin musiqisinə eyni adlı klip Azərbaycanın bütün musiqi proqramlarında birinci yeri tutub.
Kazımova Azərbaycandan kənarda da solo çıxış edib. Onun xarici çıxışları arasında ən uğurlusu 2006-cı ilin yanvarında Rusiyada Azərbaycan İli çərçivəsində Moskvada Dövlət Kreml Sarayının səhnəsində keçirilən konserti olub. 2007-ci il iyunun 20-də Bakıdakı T.Bəhramov adına stadionda 20 illik yaradıcılıq fəaliyyəti ilə bağlı solo konsert proqramı ilə çıxış etmişdir. Aygün Kazımova səhnə çıxışları ilə yanaşı, Azərbaycanın bütün uşaq evlərində xeyriyyə konsertləri verib.
Aygün Kazımova ailəsi
Aygün Kazımova 24 dekabr 1989-cu ildə ilk dəfə İlqar İbrahimovla ailə həyatı qurur. 1990-cı il oktyabr ayının 7-də onun qızı İlqarə Kazımova dünyaya gəlir. 1991-ci ildə yoldaşının onu səhnəyə çıxmasını istəmədiyi üçün ayrılmışdır.