Əsassız pensiya almış vətəndaşlardan həmin məbləğ geri qaytarılacaq? – Sahil Babayev açıqladı

Nazir Sahil Babayev əsassız pensiya almış şəxslərdən həmin məbləğin qanunvericilik əsasında minimal tutulmalarla geri qaytarılması məsələsinin müzakirəyə çıxarıldığını dilə gətirib.

Bu danışıq  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında DSMF–nin 2022–ci il büdcəsinin müakirəsi zamanı baş tutub.

O, çıxış edib:”Əsassız pensiyalarla bağlı ötən illərdə hər il  iki yüz əlli – iki yüz yetmiş iş adamına qarşı  cinayət işi açılıb, həmin vətəndaşlar  öz vəzifəsindən azad olunub və  cinayət tədbirləri də görülüb.

“Çox böyük məbləğdə mənimsəmə baş verib. İndi isə əsassız pensiya və müavinətlərin qarşısı tam alınır. Hazırda da keçən illər ərzində mənimsənilmiş vəsaitin geri qaytarılması məsələsi müzakirəyə çıxarılıb. Qanunvericilik imkan verdiyi halda vətəndaşlardan ödəmələrdən minimum məbləğdə tutulmaların olmasına dair müzakirələr aparırıq” –deyə, nazir sözlərinə əlavə edib.

O, həmçinin deyib ki, əsassız pensiya və müavinətlərin ləğvi nəticəsində 2018–ci ildə 25.6 milyon manat, 2019–cu ildə 133.1 milyon manat, 2020–ci ildə 246.5 milyon manat, 2021–ci ilin on ayı üzrə 496.3 milyon manat mənimsənilməsinin qarşısı alınıb. Ümumilikdə, altı yüz altı milyon manat vəsaitin mənimsənilməsinin qarşısı alınıb.

Back to top button
Close