Qələbə ilə qayıdan bocciaçılarımız Sahil Babayev ilə görüşüb
![Qələbə ilə qayıdan bocciaçılarımız Sahil Babayev ilə görüşüb 1 image 1600x1066 6260f8904b4ae](https://tesdiq.az/wp-content/uploads/2022/05/image_1600x1066_6260f8904b4ae-780x470.jpg)
Qələbə ilə qayıdan bocciaçılarımız Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev ilə görüşüb.
2-8 aprel 2022-ci il tarixlərində keçirilmiş Qitələrarası Çellencer Çempionatda yüksək nəticələr əldə etmiş idmançılarımızı Sahil Babayev qələbə münasibəti ilə təbrik edib.
Müzakirə olunan mövzular arasında Nazirliyin Paralimpiya sahəsinə olan dəstəyi geniş müzakirə olunub.Sahil Babayev medal qazanmış idmançılarımızı təbrik edərək, gələcək fəalliyyətlərində Nazirliyin daimi dəstəyini əsirgəməyəcəyini bildirib.