Sahil Babayev Macarıstanla 30 illik diplomatik əlaqələrin qurulmasına dair tədbirdə iştirak edib

Azərbaycan və Macarıstan dövlətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Sahil Babayev Macarıstanla 30 illik diplomatik əlaqələrin qurulmasına dair tədbirdə iştirak edib.

Hər iki ölkənin preizdentlərinin qarşılıqlı iradələri nəticəsində əlaqəqlər günü gündən möhkəmlənmişdir və illər ərzində ölkələr arasında 50 sənəd imzalanmışdır.

Sahil Babayev həmsədri olduğu qurumun iqtisadi əlaqələrin inkişafında nə dərəcədə mühüm olduğunu bildirib. Tədbir zamanı 2005-2021-ci illərdə paytaxt şəhərlərdə keçirilən 10-dan çox işgüzar görüş, biznes forumların əhəməiyyətindən bəhs olunub.

Həmçinin nazir Macarıstanın işğaldan azad olunmuş torpaglarımızda gedən tikinti bərpa işlərində iştirak etmə istəyindən olduqca məmnun olduğunu vurğulayıb.Bununla yanaşı təhsil və elm hər iki arasında davaml olaraq inkişaf etməkdədir.

Milli Məclisin birinci vitse-spikeri Əli Hüsyenli və Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkeni hər iki ölkə arasında olan əlaqələrin vacibliyindən və inkişaf üçün önəmindən bəhs ediblər.

Tədbirin sonunda Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Back to top button
Close