Siyasətçi

Yeni maliyyə naziri Sahil Babayev oldu

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Hüquq üzrə fəlsəfə doktoru olan Sahil Babayev karyerası boyunca müxtəlif strateji sahələrdə fəaliyyət göstərib. O, Dövlət Neft Şirkətində beynəlxalq enerji layihələrinin hüquqi və iqtisadi tənzimlənməsində iştirak edib, Milli Məclisdə Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərinə cavabdeh olub. Daha sonra İqtisadiyyat Nazirliyində beynəlxalq maliyyə institutları ilə əlaqələri idarə edib.

Son illərdə sosial siyasətin icrasına rəhbərlik edən Sahil Babayev, yeni vəzifəsində dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsi və fiskal siyasətin daha səmərəli həyata keçirilməsinə yönəlik tədbirlərə fokuslanacaq.

daha çox
Back to top button
Close