Musiqiçi

Flora Kərimova haqqında

Azərbaycanın tanınmış xalq artisti, opera və muğam ifaçısı olan Flora Kərimova haqqında məlumatla tanış olun.
1941-ci il iyulun 23-də Bakıda dünyaya gəlib. 1965-ci ildə Tibb İnstitutuna daxil olub. F. Kərimova ümumi tibb ixtisası üzrə 1971-ci ilə kimi burada təhsil alıb. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında vokal təhsili alıb. Müğənninin səs diapazonu dörd oktavadır. 60-cı illərin əvvəllərində Flora Kərimova Azərbaycanda estrada fəaliyyətinə başlayıb. O, ilk dəfə 1960-cı ilin oktyabrında Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində çıxış edib. Onun repertuarı əsasən lirik əsərlər üzərində qurulub, lakin müğənni ritmik əsərlər də ifa edib və ifa etməyə davam edir. Flora Kərimova ifalarında xüsusi olaraq lirik mahnılar yazan bəstəkar Emin Sabitoğlu ilə işləməyi çox sevirdi. Sabitoğlunun Flora Kərimova üçün yazdığı mahnılardan biri də 1971-ci ildə işıq üzü görən “Bir axşam taksidə” mahnısı olub və bu mahnı çox keçmədən hitə çevrilib.

Flora Kərimova mahnıları

Flora Kərimovanın repertuarında Elza İbrahimova, Ramiz Mirişli, Tofiq Quliyev, Oqtay Kazımov, Şəfiqə Axundova, Aygün Səmədzadə, Eldar Mansurov, Kamal və bir çox başqa bəstəkarların mahnıları da var. Müğənni karyerası boyu 20-dən çox solo albom yazdırıb və buraxıb. 1992-ci ildə Flora Kərimova Azərbaycanın xalq artisti adına layiq görülüb. Kərimova artıq müstəqil Azərbaycanda bu adı alan ilk müğənni olub. 1993-cü ildə Kərimova “Əzizim” (Rodnoy) adlı uğurlu sinqlı çıxararaq bəstəkar Eldar Mansurovla əməkdaşlığı davam etdirib. 1995-ci ildə Flora Kərimova və Faiq Ağayevin dueti – “Bir daha” işıq üzü gördü.
2000-ci ilin payızında bəstəkar Xanım İsmayılqızı ilə birgə Flora Kərimova “Ruhumuz Qovuşacaq” mahnısını buraxır. 2001-ci ildə müğənninin daha bir uğurlu mahnısı olan “Hardasan” işıq üzü görür.
2005-ci ildə uğurlu iş olan “Darıxmışam”-ın sinql və klipi yayımlanır.
2016-cı ilin aprel ayında Flora Kərimova “Mənim” mahnısına klip çəkdirir. Müğənninin klipində qızı Zümrüd rol alıb.

Flora Kerimova mahnilari

Təqdim olunan mükafatlar

31 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə” Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.
Həmin gün Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərbaycan musiqi sənətinin inkişafında uzun illər səmərəli fəaliyyətinə görə” F.A.Kərimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.
Bir qızı və bir oğlu var.

daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close