Sahil Babayev: 2022-ci il pensiya artimi üçün sosial sığorta ödənişləri artmalıdır

“2018-ci illə müqayisədə 2021-ci ildə sosial müdafiə xərcləri 60% artıb”.

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası zamanı sosial müdafie naziri Sahil Babayev deyib.

Nazir təqaüd xərclərinin 4,4 dəfə artdığını dilə gətirib: “Bu parametrlər üzrə üç illik rəqəmləri müqayisə etdikdə ciddi fərqi görürük. Biz fikirləşirik ki, sosial xərclər davamlı olaraq artmalıdır. Paralel olaraq isə unutmamalıyıq ki, pensiya sistemi sosial sığorta sistemidir. Pensiyanın artması üçün sosial sığorta ödənişləri də paralel olaraq artmalıdır. Buna uyğun olaraq da pensiyalar artırılmalıdır. Dövlət isə minimal pensiyanın artırılması üçün öz öhdəsinə düşən işi görməlidir”.

Qeyd edək ki, 2020-ci ildə sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb. Həmin dövr ərzində dövlət başçısının tapşırığı ilə ünvanlı sosial yardım proqramının əhatə dairəsi genişləndirildi və səksən dörd min ailənin 350 min üzvü bu yardımla əhatə olunub.

Həmçinin şəhid ailələri və müharibə əlillərinə rekord sayda – azı 1500 mənzil və fərdi ev, 400 avtomobilin verilməsi nəzərdə tutulub. 65 yaşdan yuxarı ahıl şəxslərə sosial xidmətlərin göstərilməsi proqramı on beş min nəfəri əhatə edir.
Xüsusi karantin rejimi dövründə də yüz mindən çox ailəyə iki yüz min ərzaq payı təqdim edildi. Ümumilikdə isə sosial təminat proqramları 500 mindən çox insanı əhatə etdi və bunun üçün 200 milyon vəsait yönəldildi.
Həmçinin sosial müdafiə üzrə iki milyon, əmək münasibətlərinin qorunması üzrə bir milyon 660 min, işsizlik və karantin dövründə gəlirini itirən aztəminatlılar üzrə 700 mindən artıq vətəndaşa dəstək göstərildi. “Görülmüş bu tədbirlər bir daha dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahının dayandığını göstərir” – deyə nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Close