Biznes & Biznesmenlər

Hacı Zelnalabdin Tağıyev haqqında

Azərbaycanın böyük xeyriyyəçilərindən olan Hacı Zeynalabdin Tağıyev haqqında bir çox müəmma və maraqlı hekayələr vardır. Onun haqqında olan müəmmalardan birini onun doğum tarixinin dəqiq bəlli olmamasıdır (bəzi mənbələrdə 1823, başqa mənbədə 1838).  Gənc yaşlarından çalışmağa başlayan Hacı kasıb başmaqçı ailəsində dünyaya gəlib. Atasının himayəsində böyüyən bu gənc oğlan anasını erkən yaşlarından itirmişdir. Özündən başqa bir neçə qardaş və bacısı da olan H.Z. Tağıyev maddi vəzyətlərinin yaxşı olmaması səbəbindən 10 yaşından etibarən işləməyə məcbur qalır. Bir bənnanın yanında işə başlayan Tağıyev çox az miqdarda məvacib alsada işini yaxşı görürdü. Artıq, 15 yaşı olanda özü bənnalıq edirdi və daşyonnma işləri görürdü. İşini layiqincə görən Tağıyev tək bununla kifayətlənmək istəmirdi. Onun daha böyük istəkləri və arzuları var idi. Bu səbəbdən də o, işlədiyi zamanda pulunu toplayır. Lazım olan qədər vəsait topladıqdan sonra Tağıyev 20 yaşından etibarən öz hesabına tikinti və daşyonma işlərini təşkil etməyə başlayır. O, tikdirdiyi bir çox binalarda, evlərdə özüdə yaxından iştirak etmişdir. Məsələn, öz yaşadığı və onun tikdiyi qızlar gimnaziyasında özünün dəsti xətdi mövcuddur.

Hacı

Hacı Zeynalabdin Tağıyev həyatı

Hacı Zeynalabdin Tağıyev iki dəfə evlilik həyatı keçirmişdir. Onun birinci evliliyindən üç övladı olmuşdur. Birinci həyat yoldaşı öz qohumu, əmisi qızı olan Zeynəb xanım idi. Bu cütlüyün İsmail və Sadiq adında iki oğlan, Xanım adında qız övladları olmuşdur. İkinci evlilik həyatı keçirən Tağıyev tanınmış general leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım ilə olur. Bu arvadından da üç qız və iki oğlan uşağı olmaqla  beş övladı olmuşdur.

Hacı Zeynalabdin Tağıyev övladları

Qızı olan Leyla xanım Şəmsi Əsədullayevin oğlu, Əli Əsədullayevlə ailə həyatı qurmuşdur. Bu cütlüyün beş övladı olmuşdur. Oğlu olan Zeynal Türkiyədə anadan olmuşdur. Leyla xanımın yoldaşı olan Əli Əsədullayev 1920-ci ildə ailəsi ilə birlikdə ilk öncə İrana, daha sonra Türkiyəyə üz tutmuşdur. Bir müddət sonra Parisə köçmüşdür. Qızları Gülnar Əsədullayev Parisdə Sorbonna Universitetində təhsil almışdır. Universiteti bitirdikdən sonra, anası Leyla Əsədullayeva ilə Türkiyəyə geri qayıdır. Hacı Zeynalabdin Tağıyev 1924 cü ildə Bakıda dünyasını dəyişmişdir.

daha çox
Back to top button
Close