Ədib

Məmməd Araz haqqında

Bu gün sizlərlə Azərbaycanın görkəmli şairi Məmməd Araz haqqında məlumatları bölüşəcəyik.

Məmməd Araz 14 oktyabr 1933-cü ildə Naxçıvanın Şahbuz rayonunda dünyaya gəlib. O, ilk təhsilini də burada almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedeqoji Universitetində təhsilini davam etdirib. Tələbə olduğu illər ərzində bir çox tanınmış şəxsiyyətlər və yazıçılarla tanış oldu. Həmin illərdə institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərslərində fəal iştirak etdi. 1952-ci ildə müəllifi olduğu “Yanın, işıqlarım” şeiri burada çox bəyənilir və çap edilir.

Məmməd Araz İş Fəaliyyəti

Ali təhsilini başa vurduqdan sonra 1954-cü ildə  Məmməd Araz iş fəaliyyətinə öz doğulduğu kənddə orta məktəbdə müəllimlik etməklə başlayıb. Daha sonralar o, Bakıya köçüb və bununla da Azərbaycan SSR Nazirlər kabineti yanında Baş Mətbuat idarəsində müvəkkil vəzifəsində işləyib. 1959-1961-ci illər arasında Moskva Yazıçılar İttifaqı nəzdində müdavim vəzifəsində çalışıb.

Məmməd Araz

 

Məmməd Araz Mükafatları

1974-cü ildən etibarən ömrünün sonuna qədər “Azərbaycan Təbiət” jurnalında baş redaktor olub. Uzun illər Azərbaycan Yazıçılar İttifaqında çalışdığı zaman poeziya bölməsinin rəhbəri olub. Məmməd Araz gördüyü xidmətlərə görə Azərbaycan Respublikasının İstiqlal ordeni ilə mükafatlandırılmışdır. Bununla yanaşı o, Azərbaycan SSR  Ali Soveti Rəyasət Heyyətinin bir neçə Fəxri Fərmanları ilə təltif olunub. Hacı Zeynalabdin Tağıyev adına olan milli Mükafatın laureatı adını almışdır. Onun adına 1993-cü ildə “Məmməd Araz” mükafatı təsis edilmişdir.

Məmməd Araz bir dekabr 2004-cü ildə Bakıda dünyasını dəyişib və ölümündən sonra Fəxri Xiyabanda dəfn edilib.

Məmməd Araz yaşadığı illərdə həmçinin Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.

daha çox
Back to top button
Close