Səttar Bəhlulzadə haqqında
Səttar Bəhlulzadə haqqında maraqlı məlumatları sizə təqdim edirik.
Səttar Bəhlulzadə 1909-cu ilin 15 dekabrında Bakıda Əmircan qəsəbəsində dünyaya gəlib. O, 1927-ci ildə rəssamlıq məktəbini oxuyub. 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə daxil olub. Buranı bitirdikdən sonra 1933-cü ildə Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olmuşdur.
Yaradıcılığı
Səttar Bəhlulzadə Moskvadan qayıtdıqdan sonra yaradıcılığında Azərbaycan tarixinə aid mövzular və Azərbaycan tarixinin görkəmli şəxsiyyətləri əsas yer tutmuşdur. S. Bəhlulzadə Azərbaycanı müharibə dövründən sonrakı zama
nlarda Abşeron neft yataqlarını, Bakının bağ və kəndlərini əks etdirən gözəl rəsm əsərləri yaratmışdır. O, yaratdığı əsərlərdə təbiət təsvirlərinə daha çox yer verirdi. S. Bəhlulzadə təbiət, mənzərə janrına aid bitkin əsərlər yaratmışdır. Respublika bədii sərgi günlərində 1946-1947-ci illərdə Bəhlulzadəyə aid olan Abşeron Etüdləri insanlara təqdim edilirdi. Onun bir çox mənzərə və təsvir etdiyi təbiət peyzajlarında, intim-lirik natürmortlarda, incə ornamentlər əsk etdirən ənənəvi olaraq bəhs edilən xalq yaradıcılığı motivləri hiss olunur. Səttar Bəhlulzadənin rəsm əsərləri tək bizim ölkəmizdə deyil, dünyanın bir çox ölkərində Əlcəzair, Livan, Misir, Suriya, Kanada, Belçika, Yaponiya və s. ölkələrində sərgilənib və hələ də sərgilənərək insanlara nümayiş etdirilir. Dünyanın bir sıra muzeylərində Səttar Bəhlulzadənin əsərləri tarixi eksponant kimi qorunaraq saxlanılır.
Mükafatları
Azərbaycanın görkəmli rəssamı və şəxsiyyəti olan Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif edilmişdir.
Onun bizim üçün yaratdığı əsərlər R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində və Azərbaycan Şəkil Qalereyasında, bununla belə Moskva, Tunis və s. kimi şəhərlərdə qorunaraq saxlanılır.
Səttar Bəhlulzadə 1974-cü ildə oktyabr ayının on dördündə Moskvada dünyasını dəyişmişdir. Onu doğulduğu yerdə, Bakının Əmircan qəsəbəsində dəfn ediblər. Məzarının ürərində ona abidə uzadılıb.