Musiqiçi

Üzeyir Hacıbəyov haqqında

Azərbaycanın musiqi mədəniyyətinin qurucusu olan Üzeyir Hacıbəyov haqqında sizə maraqlı məlumatları çatdırırıq.

Üzeyir Hacıbəyov 1885-ci il sentyabr ayının on səkkizində Ağcəbədidə dünyaya gəlmişdir. Elm xadimi, yazar, drijor olaraq tanınan Üzeyir bəy bütün şərq aləmində operanın ilk yaradıcısıdır. Böyük musiqi alimi olan Üzeyir Hacıbəyov Azərbaycanda musiqi elminin əsasını qoyan şəxsiyyətlərdəndir. SSRİ xalq artisti(1938), Azərbaycan Elmlər Akademiyasının akademiki, professor(1940), Stalin mükafatının sahibi, Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur.

Üzeyir Hacıbəyov Gəncliyi

Üzeyir Hacıbəyov, gənc yaşlarından ailəsi ilə birlikdə Şuşa şəhərinə köçdü və ilk təhsilini də burada rus-tatar məktəbində Azərbaycan dilində aldı. O, ilk musiqi dərslərini Azərbaycan xalq musiqisinin önəmli insanlarından olan dayısı Q. Alıverdidən aldı. 1899 və 1904-cü illərdə Qori müəllimlər seminariyasında oxudu. O, burada kaman və skripka dərsləri aldı. Burada olduğu zaman Müslüm Maqomayevlə tanış oldu. Məktəbi bitirdikdən qısa müddət sonra Hadrutda və daha sonralar Bakıya köçərək burada müəllimlik etməyə başladı. Qəzet və jurnallarda məqalə və karikaturalar yayımlamağa başladı.

Üzeyir hacıbəyov

1908-ci il 12 yanvarda Bakıda Hacı Zeynalabdin Tağıyevə məxsus teatr binasında, sözləri böyük şair Füzulinin eyni ad altında yazılmış əsərindən alınan və şərqdə ilk opera olan “Leyli və Məcnun” operasını səhnələşdirdi.

1911-ci ildə musiqi təhsilini ilk öncə Moskvada və daha sonra Sankt-peterburqda gerçəkləşdirdi.

1921-ci ildə Üzeyir Hacıbəyov Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbi olan Azərbaycan Dövlət Türk Musiqi məktəbini ərsəyə gətirdi. Həmin məktəb 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının tərkibinə qatıldı.

Üzeyir Hacıbəyov əsərləri

Əsərlərində Azərbaycan xalq musiqisini çağdaş şəkildə istifadə edən Hacıbəyov, eyni zamanda yazar və şairdir. Əsərlərinin mətnini özü yazmışdır. Hacıbəyovun Azərbaycan xalq musiqisinin əsasları ilə əlaqəli əsərləri məktəblərdə dərs kitabı olaraq oxudulur. Hacıbəyov 1937-ci ildə “Koroğlu” operasını bəstələdi. Bu əsər “Arşın Mal Alan” musiqili komediyası ilə birlikdə SSRİ dövründə “Dövlər Mükafatı”na layiq görülmüşdür.

Üzeyir Hacıbəyov Azərbaycan xalq ədəbiyyatını və musiqisini klassik qərb musiqisi ilə birləşdirərək klassik musiqini xalq arasında sevilməsinə çalışmışdır. Bu tərzdə qərb klassik musiqisi Azərbaycan mədəniyyətində özünə məxsus bir yeri olmuşdur.

daha çox
Back to top button
Close