Musiqiçi

Volqanq Amadey Motsart haqqında

Dünyaca tanınmış bəstəkar olan Motsart haqqında məlumatı sizə çatdırırıq.

27 yanvar 1756-cı ildə Müqəddəs Roma imperiyasına bağlı olan Salzburda dünyaya gəlib. O, çox bacarıqlı olduğunu erkən yaşlarından göstərməyə başlayıb. Motsart beş yaşında piano və kamanda ifa etməyi bacarırdı. Bəstələr etməyə başlamışdı. Bununla da Avropada kral ailələrinə konsertlər verirdi. 17 yaşında Motsart Salzburq sarayında musiqiçi olaraq xidmət etməyə başladı, amma orda tətmin olmadığını görüb ordan çıxmağı qərara aldı və səyahətlər etməyə başladı. 1781-ci ildə Vyana səyahəti zamanı Salzburqdakı xidmətindən azad olundu. Bu səbəbdən də o, Vyanada qalmaq qərarına gəldi. Vyanada daha məhşurdu, amma maddi vəziyyətdə gücü elə də ürək açan deyildi. Ən məşhur sinfoniyalarını və operalarını bir çoxunun bəzi hissələrini Vyanada Bəstələdi. Otuz beş yaşında öldüyü zaman Requim əsəri hələ tamamlanmamışdı. Ölümü ilə müəmmalar hələ də qalır.

Motsart

Motsart Bəstələri

Bəstələdiyi 600-dən çox əsərin bir çoxu sinfoniya, konçerto, opera kimi musiqiləri zirvə olaraq qəbul edilir. Motsart bütün dövrlərin ən önəmli klassik bəstakarların içərisində önəmli sayılır və Qərb musiqisi üzərində təziqi daha çoxdur. Ludviq van Beethoven ilk əsərlərini Mosartın əsərlərindən ilhamlanaraq bəstələmişdir. Joseph Haydn Motsart üçün belə bir ifadə işlətmişdir “Bu cür bacarıqlı insan 100 il müddətində bir daha gəlməz.”

Motsart Yaşamı

İlk illərində Motsart daha çox Avropa səyahətlərinə çıxdı. Bunlardan birincisi 1762-ci ildə Münihdə lll Maxilliamın sarayında verdiyi konsertdir. Eyni ildə Praqa və Vyanada da imperator saraylarında çıxış etmişdir. Onun konsert proqramı üç il çəkirdi. Bu gəzdiyi müddətdə Motsart bir çox tanınmış musiqiçi ilə tanış olar və onların musiqilərinə aşinalıq qazanardı. Ən önəmli ilham aldığı qaynaqlardan biri Johan Sebastian Bachdir. Bachin əsərlərinin bir çoxu Motsartın ilham aldığı musiqi olaraq göstərilir. Təkrar Vyanaya 1767-ci ildə gedən musiqiçi, burada 1768-ci ilin noyabr ayına qədər burada qaldı. Bu səyahət zamanında Motsart suçiçəyi xəstəsi oldu.

Salzburqa keçirdiyi bir il müddətində üç dəfə İtaliyaya səyahəti gerçəkləşmişdir. 1769-cu ilin noyabrından 1771-ci ilin mart ayına qədər, 1771-ci ilin avqust ayından noyabr ayına qədər və 1772-ci ilin oktyabr ayından 1773-cü ilin mart ayına qədər keçən zamanlar Motsart üç opera bəstələmişdir.

daha çox
Back to top button
Close