Ədib

Əlimərdan bəy Topçubaşov haqqında

Əlimərdan bəy Topçubaşov haqqında maraqlı məlumatları sizə təqdim edirik.

Əlimərdan bəy Topçubaşov 4 may 1863-cü ildə Tiflisdə anadan olmuşdur. Onun doğum tarixi ilə bağlı bəzi müəmmalar olsa da Rusiya Dövlət Arxivində onun 1863-cü ildə dünyaya gəldiyi bildirilir. Əlimərdan bəy Topçubaşov təhsil almağa mədrəsədən başlamışdır. Daha sonralar o, təhsilini Tiflis birinci klassik gimnaziyada davam etdirmişdir. O, bu gimnaziyanı bitirdikdən sonra Sank Peterburq Universitetində ali təhsil aldı və 1888-ci ildə hüquq fakültəsinin məzunu  oldu.

Əlimərdan bəy Topçubaşovun həyatı

Xristianlığa keçməsi ilə Sanq Peterburq Universitetində müəllimlik vəzifəsi Topçubaşova təklif edilir. Lakin o, təklifi rədd edərək Qafqazın Cənubuna geri qayıdaraq burda işinə davam etmişdir. Azərbaycan dilində ilk qəzet olan “Əkinçi” qəzetinin rəhbəri Həsən bəy Zərdabinin qızı Pəri Melikova ilə ailə həyatı qurmuşdur.

Əlimərdan bəy Topçubaşov

 

Həmin dövrün xeyriyyəçi iş adamlarından olan Hacı Zeynalabdin Tağıyev 1897-ci ildə “Kaspi” qəzetini satın alaraq Topçubaşova həmin qəzetin baş redaktor vəzifəsini təklif etmişdir. O zamandan başlayaraq Topçubaşov siyasətə girmişdir. Qısa bir müddət Rus imperatorluğunda Türk və Müsəlman milləti üçün də siyasi azadlıq və bərabərlik tələb edirdi.

Əlimərdan bəy Topçubaşovun Fəaliyyəti

1905-ci ildə Əlimərdan bəyin “Kaspi” qəzetində 25 məqaləsi işıq üzü görür. Əlimərdan bəy Topçubaşovun Kaspi qəzetində baş redaktor işləməsi ilə qəzet daha çox marağa səbəb olmuşdur və tirajları ildən ilə xeyli sayıda artmışdır. Bununla belə o, “Bakı” və “Həyat” qəzetlərinində redaktoru olmuşdur.

Əlimərdan bəy Topçubaşov 14 oktyabr 1897-ci ildə Bakı şəhər dumasında keçirilən seçkilər zamanı 154 səs yığaraq Dumaya üzv seçilmişdir və Bakı şəhər dumasında seçilən ilk müsəlman şəxslərdən olmuşdur.

1905-ci ildə yaradılmış Bakı Müsəlman Xeyriyyə Cəmiyyətində Topçubaşov İdarə heyətinin üzvü seçildi. 1905-ci ilin iyun ayında fəhla etirazları dönəmində “Barışıq Komitəsi” yarandı. Bakı Şəhər Duması tərəfindən həmin komitəyə 28 üzv seçildi.

1914-cü ilin iyun ayında müsəlman vilayətlərindən olan Dumalardan 6 nəfər tanınmış və 34 nəfər Dumaya üzv şəxs Peterburqa toplaşıb müşavirə keçirdilər. Bu müşavirə müsəlman qurultayı tərəfindən təşkil olunan lV müsəlman qurultayı hesab edilirdi. Bu müşavirədən sonra Əlimərdan bəy Topçubaşov qurultayın sədrinin müavini seçildi.

daha çox
Back to top button
Close