Ədib

Həsən bəy Zərdabi haqqında

Bu gün sizə Azərbaycanın görkəmli şəxsiyyəti, jurnalisti, maarifçisi və naşiri olan Həsən bəy Zərdabi haqqında maraqlı məlumatları bölüşəcəyik.

1837-ci ildə iyun ayının iyirmi səkkizində Həsən bəy Zərdabi Göyçay rayonunun Zərdab kəndində ziyalı ailədə dünyaya gəlmişdir. Həsən bəy Zərdabi ilk təhsilini də məhz bu kənddə mədrəsədə almışdır. Burada oxuduğu illərdə mükəmməl ərəb və fars dillərini öyrənmişdir. 1852-ci ildə Şamaxıda rusca dünyəvi təhsil verən məktəb açılmışdır və Həsən bəy təhsilini orada davam etdirmişdir. Məktəbi bitirdiyi zaman imtahan verən Həsən bəy Qafqaz Təhsil Komisiyyasının müdiri Nikolayın diqqətini çəkməyi bacarmışdır. Baron Nikolay Həsən bəy Zərdabiyə dövlət hesabına Tiflisdə təhsilini davam etdirməyi təklif etmişdir. Bu ərəfələrdə həyatında ağır günlər keçirdən Zərdabi atasını itirdiyi üçün qardaşları ona Tiflisə getməyə icazə vermədilər. Bu hadisədən sonra Tiflisdə yaşayan atasının dayısı Fərəc bəy Ağayev müdaxilə edərək Həsən bəy Zərdabini Tiflisə gətizdirir.

Həsən bəy Zərdabinin gəncliyi

Tiflisdə oxuduğu illərdə uğurlu nəticə göstərən Zərdabi  1858-c ildə l Tiflis məktəbinin 5-ci sinfinə qəbul olur. Həsən bəy Zərdabi 1861-ci ildə həmin məktəbi uğurla bitirir. Həmin ildə dövlət təqaüdü ilə Moskva Üniversitetində Fizika Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsilini davam etdirmişdir. Üniversitetdə oxuduğu illərdə digər tələbələrdən fərqləndiyi,  fakültəni əla qiymətlərlə bitirdiyi üçün onu elmi iş üçün üniversitetdə saxlamaq qərarına gəldilər. Lakin Həsən bəy Zərdabi vətəninə bağlılığı, öz xalqına xidmət etmək üçün Azərbaycana geri qayıdır.

Həsən bəy Zərdabi

Zərdabi üniversitetdə oxuduğu illərdə bir çox elm adamları, tarixçilər ilə tanış olmuşdu. Tarixçi Solovyovun evinə tez tez gedirdi. Zərdabi Solovyovun qızına aşiq olmuşdu. İdealist olan Həsən bəy Zərdabi Solovyovun qızı ilə evləndiyi təqdirdə öz gələcəyinə yönəlmiş məqsədlərdən əl çəkməli olduğunu bilirdi. Bu səbəbdən də o, üniversitetdə qalmağı üçün ona edilən təklifdən imtina edərək öz vətəninə geri qayıdır və xalqına xidmət etməyə başlayır.

Əkinçi qəzetinin nəşri

Azərbaycanın paytaxtı Bakıda mətbuatda sürətli inkişaf getdiyi üçün ana dilində qəzetə ehtiyac olduğunu görən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etməli olur. O, ilk dəfə olaraq türk dilində qəzet çap etdirmək istəyir. Azərbaycan milli mətbuatının bünövrəsinə çevrilmiş bu qəzetin adının “Əkinçi” olması çox güman ki, çar rejiminin diqqətini qəzetin əsas məqsədindən yayındırmaq üçün seçilib. “Əkinçi”nin ilk nömrəsi 1875-ci il iyulun 22-də jurnalın nəşrinə icazə alındıqdan sonra nəşr olundu. Azərbaycanın milli dövri mətbuatının əsası bu tarixdə qoyulub. Cahilliyi və mövhumatı aradan qaldırmaq, xalqı maarifləndirmək, öz dillərində qəzet oxumaq vəzifəsi daşıyan Zərdabinin müşavirləri son dərəcə çətin bir vəzifə götürmüşdülər. İfadə və fikir azadlığının olmamasını çarizmin siyasəti ilə ört-basdır edən “Əkinçilərin” göstərdiyi səbəblərdən biri də mövcud normalarda islahatların aparılmaması idi. Nəşr gizli də olsa çar rejiminə və onun cinayətlərinə qarşı hücuma keçdi. Bu, bir sıra mətbuat mənbələri tərəfindən dəstəklənirdi.

daha çox
Back to top button
Close