Sokrat haqqında
Antik yunan filosofu Plotonun müəllimi Sokrat haqqında bilinməyənləri sizinlə bölüşəcəyik.
Sokrat e.ə 469-cu ildə Afinada anadan olmuşdur. Atası daşyonan olmuşdur. O, sakit ama bir o qədər də fikirlərinin müdafiə edən insan olub. Çox maraqlı mübahisələri olub. Gəncliyində orduda xidmət edib.
Sokratın həyatı haqqında
Şəxsi yaşamına dair məlumat olmasa da Sokrat, Platon və Ksenephonaya görə üç uşağı olan Ksanthippi ilə evli olub. Platon və Ksenephonun çəkdiyi portfilə görə Sokrat dodaqları çatlamış, qarınlı, gözləri önə çıxıq bir insan olub. Təvazökar vərdişləri və fəlsəfədən başqa bir işi olmayan Sokrat, başda tələbəsi Platon olmaqla gənclik üzərində böyük təsir yaratmışdı. Gənclər onun yolu ilə davam etməyə başlamışlar.
Onun kimi ayaqyalın gəzməyə başlayırlar. Əxlaq fəlsəfəsinin qurucusu olan Sokrat həyatının ən bilinən hadisələrindən biri e.ə 399-cu ildə onun haqqında açılan məhkəmədir. Platonun “Sokratın müdafiəsi” əsərində göstərdiyi qədəriylə Sokrat, şəhərin tanrılarına inanmamaq, onun yerinə başqa tanrılara inanmaq və bununla da gəncləri zəhərləməklə mühakimə olunar. Sokrat bu mühakimələrin sonunda ölümə məhkum edilir. Sokrat bu barədə yazılı bir məlumat qoymayıb. Yaşamı və düşüncələri ilə əlaqəli məlumatlar Platon və Ksenephon kimi ardıcıllarının yazdıqları ilə bilinir. Onun ölümündən 15 il sonra dünyaya gələn Aristotelin dolaylı dedikləri və yazdıqları ilə günümüzə qədər gəlib çatmışdır.
Sokratın sözləri
Burada müdrik filosofa aid olan 10 məhşur sözlər qeyd olunub:
- Mən yalnız onu bilirəm ki, heç nə bilmirəm.
- Əlini ağdan qaraya vurmayan insanı heç göylər də varlı edə bilməz.
- Bu günün israfçısı sabahın dilənçisidir.
- Danış ki, səni görüm.
- Yerində danışmaq və yerində susmaq böyük qabiliyyət tələb edir.
- Bir dostun köməyindən çox bu köməyi ala bilmək inamına ehtiyac duyuruq.
- Gözəllik hakimiyyəti çox da uzun çəkməyən kraliçadır.
- Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz.
- Bütün gizlinlər gec-tez aşkarlanır.
- Məhəbbət ölməzlik cəhdidir.
Fəlsəfə başlanğıcı
Sokratın fəlsəfə haqqında düşüncələrini daha dərin və dəqiq görüldüyü yer Platonun yazdığı Sokratın Müdafiəsi dialoqudur. Bu dialoq Sokrat haqqında ona edilən ittiham sonrasında Platon tərəfindən qeydə alınan fəlsəfi düşüncələrdir. Bu əsər Sokratın fəlsəfi fikirlərini yetəri qədər ortaya qoyur. Sokratın yaşam tərzi və bu yaşam tərzi səbəbiylə qazandığı düşmanları bilmək məqsədi ilə Pythies kahini ilə görüşə gedər. Bu görüş zamanı kahinə Sokratdan daha müdrik birinin olub olmaması soruçulur. Kahin ondan daha müdrik birinin olmadığı deyir. Lakin Sokrat onun hecnə bilmədiyini düşünür. Amma bununla belə kahinədə şübhə saxlaya bilmir.
Sokratın ölümü
O, qədim Afinada zəhər içməklə intihara cəhd edərək öldü. Onun ölümü eramızdan əvvəl 399-cu ildə baş verdi. Afina məhkəməsi tərəfindən gənclərə qarşı küfr və korrupsiya ittihamı ilə ölüm cəzasına məhkum edildi.
Məhkəmə Sokrata zəhər içərək ölüm və fəlsəfəsini tərk etmək arasında seçim verildi. Fəlsəfi inanclarını dəyişməkdən imtina etdi və zəhər içməyi seçdi.
Onun içdiyi zəhər zəhərli bitki olan hemlockdan hazırlanmışdır. Onun ölümündə dostları və tələbələri, o cümlədən Platon iştirak edirdi. Ömrünün son anlarında Sokrat sakitliyini qoruyub, ruhun təbiəti və ölməzlik haqqında yazıb.
O iddia edirdi ki, ölüm sadəcə olaraq ruhun bu dünyadan digərinə keçididir. Zəhəri içdikdən sonra Sokrat öldü və cəsədi qəbirə bağlandı. Sokratın ölümü onun fəlsəfi inanclarına sarsılmaz sədaqətinin simvolu oldu və fəlsəfənin və mədəniyyətin inkişafına böyük təsir göstərdi.
Pifaqor haqqında buradan oxuya bilərsiniz.