Sokrat haqqında

Antik yunan filosofu Plotonun müəllimi Sokrat haqqında bilinməyənləri sizinlə bölüşəcəyik.
Sokrat e.ə 469-cu ildə Afinada anadan olmuşdur. Atası daşyonan olmuşdur. Sokrat sakit ama bir o qədər də fikirlərinin müdafiə edən insan olub. Çox maraqlı mübahisələri olub. Gəncliyində orduda xidmət edib.
Sokratın həyatı haqqında
Şəxsi yaşamına dair məlumat olmasa da Sokrat, Ploton və Ksenephonaya görə üç uşağı olan Ksanthippi ilə evli olub. Platon və Ksenephonun çəkdiyi portfilə görə Sokrat dodaqları çatlamış, qarınlı, gözləri önə çıxıq bir insan olub. Təvazökar vərdişləri və fəlsəfədən başqa bir işi olmayan Sokrat, başda tələbəsi Ploton olmaqla gənclik üzərində böyük təsir yaratmışdı. Gənclər onun yolu ilə davam etməyə başlamışlar.
Onun kimi ayaqyalın gəzməyə başlayırlar. Əxlaq fəlsəfəsinin qurucusu olan Sokrat həyatının ən bilinən hadisələrindən biri e.ə 399-cu ildə onun haqqında açılan məhkəmədir. Plotonun “Sokratın müdafiəsi” əsərində göstərdiyi qədəriylə Sokrat, şəhərin tanrılarına inanmamaq, onun yerinə başqa tanrılara inanmaq və bununla da gəncləri zəhərləməklə mühakimə olunar. Sokrat bu mühakimələrin sonunda ölümə məhkum edilir. Sokrat bu barədə yazılı bir məlumat qoymayıb. Yaşamı və düşüncələri ilə əlaqəli məlumatlar Ploton və Ksenephon kimi ardıcıllarının yazdıqları ilə bilinir. Onun ölümündən 15 il sonra dünyaya gələn Aristotelin dolaylı dedikləri və yazdıqları ilə günümüzə qədər gəlib çatmışdır.
Sokratın fəlsəfə başlanğıcı
Sokratın fəlsəfə haqqında düşüncələrini daha dərin və dəqiq görüldüyü yer Plotonun yazdığı Sokratın Müdafiəsi dialoqudur. Bu dialoq Sokrat haqqında ona edilən ittiham sonrasında Ploton tərəfindən qeydə alınan fəlsəfi düşüncələrdir. Bu əsər Sokratın fəlsəfi fikirlərini yetəri qədər ortaya qoyur. Sokratın yaşam tərzi və bu yaşam tərzi səbəbiylə qazandığı düşmanları bilmək məqsədi ilə Pythies kahini ilə görüşə gedər. Bu görüş zamanı kahinə Sokratdan daha müdrik birinin olub olmaması soruçulur. Kahin ondan daha müdrik birinin olmadığı deyir. Lakin Sokrat onun hecnə bilmədiyini düşünür. Amma bununla belə kahinədə şübhə saxlaya bilmir.