Tofiq Bəhrəmov haqqında
Dünyaca məhşur azərbaycanlı futbolçu və futbol hakimi Tofiq Bəhrəmov haqqında məlumatları sizinlə bölüşəcik.
Tofiq Bəhrəmov 1925-ci il 29 yanvarda Ağdam rayonunda anadan olub. O, Qərbi Almaniyaya qarşı 1966 FIFA Dünya Kubokunun finalında İngiltərə üçün mübahisəli qolun vurulmasına kömək edən laynsmen olması ilə diqqəti cəlb edirdi. O, rus deyil, azərbaycanlı olsa da, verdiyi qərar və sovet vətəndaşı olması nəticəsində İngiltərədə səhvən “rus laynsmanı” adlandırıldı. Turnirin əvvəlində hakim kimi o, İsveçrə ilə İspaniya arasında keçirilən birinci tur oyununda İsveçrənin qolunu inkar etməsi ilə diqqət çəkib.
1993-cü ildə ölümündən sonra Azərbaycanın o vaxtkı milli stadionu onun şərəfinə Tofiq Bəhramov adına Respublika stadionu adlandırılıb.
Bəhramov əvvəlcə “Neftçi” PFK-da çıxış edən futbolçu olub, lakin ayağından aldığı ciddi zədə onun karyerasını davam etdirməsinə mane olub və hakimlik edib. O, 1964-cü ildə FİFA-nın hakimlər heyətinə seçildi. 1966-cı il Dünya Kubokunda o, həm açılış matçında, həm də Finalda yan xətt hakimi kimi çıxış etdi və birinci tur matçını idarə etdi. 1970 Dünya Kubokunda o, yarımfinal da daxil olmaqla üç matçda hakimlik etmişdir. 1972-ci ildə İngiltərənin “Vulverhempton Wonderers” və “Tottenhem Hotspur” klubları arasında UEFA Kuboku finalının ilk oyununu idarə edib. Hakimlikdən istefa verdikdən sonra bir neçə il Azərbaycan Futbol Federasiyasının baş katibi vəzifəsində çalışıb.
Tofiq Bəhrəmov mübahisəli qərarı
1966-cı il Dünya Kubokunun finalında hesab 2-2 idi və əlavə vaxtın ilk hissəsinin 11-ci dəqiqəsindən sonra ingilis Geoff Hurst qapıya zərbə endirdi. O zərbə dirəkdən kəskin aşağı düşdü, yerə dəydi və sonra fırlandı. Hakim Qotfrid Dienst meydanın o başında yan xətt hakimi olan Bəhramovu işarə verdiyini gördü. Bundan öncə xeyli qərarsızlıq anları oldu. Nəhayət, Dienst oyunu 4-2 qazanan İngiltərəyə bir qol verdi.
Üçüncü İngiltərə qolunun verilməsi ilə bağlı qərar hələ də müzakirə olunur. Ümumiyyətlə, almanlar Bəhramovunun səhv etdiyinə inanır. Belə ki, topun çarpaz dirəyə dəydiyi və aşağıya doğru əks olunduğu, cərimə meydançasına qayıtmazdan əvvəl qapı xəttinin dərhal əvvəlində arxasına doğru düşməsi “Vembli-Tor” kimi təsvir edilir. İngiltərədə bir çox qəzetlər qolu mükafatlandıran “rus laysmanı”na istinad edirdilər. Çünki o vaxt Azərbaycan Sovet İttifaqının tərkibində idi.
Oyun Qaydalarına əsasən, qol vurulması üçün topun tam diametri xəttin tam eninin arxasında olmaqla qapı xəttini keçməlidir. Alman oyunçular təbaşir tozunu gördüklərini iddia etdilər ki, bu da ona əsas verirki top tam şəkildə xətti keçmiyib. Rocer Hunt topun xəttin arxasına sıçradığını gördüyünü iddia etdi.
Tofiq Bəhrəmov Stadionu
Bakıdakı Azərbaycan milli stadionu onun şərəfinə Tofiq Bəhramov adına stadion adlandırılıb. O, 1993-cü ildə Azərbaycanın müstəqilliyini əldə etdikdən və Bəhramovun vəfatından qısa müddət sonra adı dəyişdirilib, əvvəllər Sovet lideri Vladimir Leninin adını daşıyırdı.
İngiltərə millisi 2006-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupa düşdüyü zaman onun xatirəsini yad etmək üçün stadionda görüşdən əvvəl mərasim keçirtdi. Həmin mərasimdə Cef Hurst, Mişel Platini və Zepp Blatter də iştirak edirdi. Mərasimdə onun heykəlinin də açılışı olub. O, adına stadion olan ilk hakimdir. Həmin səfər zamanı oğlu Bəhram Bəhramov ingilis azarkeşlərinin nümayəndələri ilə görüşüb və 1966-cı ilin məşhur “rus laynsmeninin” nəhayət öz milliliyini bərpa etməsindən məmnunluğunu bildirib. “İndi Azərbaycan müstəqil olduğu üçün onun Azərbaycan xalqının bir üzvü kimi xatırlanması çox düzgündür. Tofiq Bəhramov kimi insanlar yüz ildə bir dəfə doğulur”.