Ədib

Aleksandr Puşkin haqqında

Görkəmli rus şairi, tarixçisi və publisist Aleksanr Sergeyeviç Puşkin haqqında və onun seçilmiş əsərləri barədə önəmli mlumatları sizinlə bölüşürük.

Aleksandr Puşkin 6 iyun 1799-cu ildə Moskvada anadan olub. Atası Sergey Lvoviç Puşkin ziyalı bir ailənin uşağı olub. Puşkin özü də ziyalı ailənin övladı idi. Atası və anası oxumuş təhsilli idilər. Puşkin ilk biliklərini Fransız baxıcısından almışdı. Hələ səkkiz yaşı olduğu halda Fransız və Rus dillərini öyrənmişdi. 11 yaşına çatdığı zaman Fransız ədəbiyyatından təsirlənərək Fransızca şeir yazmağa başladı.

Dövrünün tanınmış şair və yazarları Puşkinin evinə gəlib gedənlər arasında idi. Ancaq heç biri rus nağılları və rus mahnıları oxuyan baxıcısı kimi onu təsirləndirməmişdi. Qoca baxıcısı olan Arinanın dedikləri onun uşaq ruhunda önəmli izlər qoymuşdur.

Puşkin

Puşkin – Seçilmiş əsərləri və şeirə başlaması

Puşkin 12 yaşına gələndə aristokrat ailə uşaqlarının idarəçiliyə hazırlamaq üçün Rus çarı l Aleksandrın Seloda açdığı məktəbə getdi. Bu mktəbdə altı il boyunca məktəbin digər şagirdləri kimi, Peterbursqa getmə icazəsi verilmədən dünyadan təcrid şəkildə təhsilini davam etdirdi. Şairlik bacarığı sayəsində yoldaşlarının arasından fərqlənməyi bacardı. İlk şeiri “Şair Dosta” Nikolay Karamzinin Ayropa xəbərçisi jurnalında yayımlandı. Puşkinin məktəb illərində yazdığı şeirlərdə gerçəklik cəhdləri göz önündədir. O dövrün şeirlərində istifadə olunmayan arqo və gündəlik ifadələr işlətdiyi şeirləri ilə Gavrila Derjavinin diqqətini çəkməyi bacarır.

Artıq tanınmış şair sayılan Puşkin, məktəbi 1817-ci ildə bitirdikdən sonra Petersburqa gedərək Xarici işlər nazirliyində işləməyə başladı. Bu arada qadağan olunan azadlıq şeirləri və ifadələri ilə, xalq arasında çox bilinən biri olmuşdu. Rus ədəbiyyatında ilk dəfə olaraq şeir bu qədər heyranlıqla qarşılanmışdı.

Puşkin bundan sonra Rus Çarı l Aleksandr tərəfindən Qafqaza göndərildi və burada məhşur Qafqaz Əsiri və Baxçasaray dastanlarını yazdı. Gerçəyi olduğu kimi əks etdirməyi seçən Puşkin, nə klassik şirin qanunları, nə də romantikanı bilinən tərzdə ortaya çıxarırdı.

Puşkin – Sürgün illəri

Qafqazdan geri döndükdən sonra Puşkin Rusiyada hərbi siyasətə qarşı durmağından sonra, dörd il müddətində paytaxta girməsinə icazə verilmədi. Hökümət tərəfindən oğlunu nəzarətda saxlamat üçün təyin olunan atası da, işini məsuliyyətlə gördü.

daha çox
Back to top button
Close