Ədib

Çingiz Aytmatov haqqında

Türk dünyasının görkəmli yazarlarından olan Çingiz Aytmatov haqqında sizə məlumat verəcəyik.

12 dekabr 1928-ci ildə Qırğızıstanın Talas vadisində anadan olmuşdur. Atası Torekul Aytmatov Qırğızıstanın seçilmiş və görkəmli iş adamlarından idi. Buna baxmayaraq 1937-ci ildə həbs olundu və 1938-ci ildə güllələndi. Milliyətcə Tatar olan anası Nagima Aytmatova oranın yerli aktrisası idi.

Çingiz Aytmatov çox çətin dövrdə yaşamışdır. O dövrlərdə təzə yerinə oturmuş dövlət sistemi mövcud olurdu və bununla bərabər müharibə ilə mübarizə aparırdı. Çox kiçik yaşlarından işləməyə başladı. Çünki ll Dünya Müharibəsi gənclərədə təsir göstərirdi. İnsanların çoxu müharibədə olduğu üçün gənclərə böyük məsuliyyət düşürdü.

Çingiz Aytmatov

Çingiz Aytmatovun Təhsili

Çingiz Aytmatov səkkizinci sinfi bitirdikdən sonra Canbul texnikumuna qəbul oldu. Daxil olduğu texnikumu əla qiymətlərlə başa vurdu. Aytmatov 1948-ci ildə Bişkekdə yerləşən Kənd Təsərrüfatı Universitetinə daxil oldu. 1953-cü ildə həmin universiteti başa vurdu. 1952-ci ildə onun ilk qırğız dilindəki əsəri çap olundu. Bunun ardından Maksim Gorki Ədəbiyyat üniversitetində təhsilinə davam etdi. 1956 və 1958-ci illərdə Moskvada oxudu.

Çingiz Aytmatovun Fəaliyyəti

Yazmağa da həmin illərdə başladı. Pravda qəzetində ilk məqaləsini yazdı. Yazdığı əsərləri ilə tanınmağa başladı. 1957-ci ildə Sovet Yazıçılar İttifaqına üzv oldu. 1963-cü ildə Lenin mükafatına layiq görüldü. Əsərləri yüz əllidən çox dilə tərcümə edildi. 1990-1994-cü illərdə Sovetlər birliyini və Rusiyanı, daha sonra isə Qırğızıstan səfiri olaraq çalışdı.

Aytmatov “Bir gün əsrə bərabər” romanının çəkimləri üçün Kazanda 2008-ci ildə mayın 16-ında xəstələndi. Böyrək çatışmazlığı səbəbiylə müalicə üçün Almaniyaya gətirildi. Almaniyanın Nümberq şəhərində müalicə alan Çingiz Aytmatov komaya girdi və 10 iyun 2008-ci ildə Nümberqdə dünyasını dəyişdi.

daha çox
Back to top button
Close