Ədib

Nazim Hikmət haqqında

Nazim Hikmət haqqında maraqlı məlumatları sizlərə təqdim edirik.

Nazim Hikmət Ran və yaxud da Türkiyədən ayrıldıqdan sonra dəyişilən soyadı ilə desək, Nazim Hikmət Borzeski 15 yanvar 1902-ci ildə zadəgan ailəsində Selanik də dünyaya gəlmişdir.

Türk şairi və yazarıdır. Şeirləri əllidən çox dilə tərcümə edilmişdir. Əsərləri bir çox mükafata layiq görülmüşdür. Türkiyədə çağdaş türk şeirinin ən önəmli adamlarındandır. Beynəlxalq şöhrətə çatmışdır və XX əsrin ən yaxşı şairləri arasında göstərilməkdədir.

Kominist siyasi fikirlərinə görə dəfələrlə tutlmuşdur və ömrünün çoxunu ya həbsdə ya da sürgündə keçirtmişdir. Türkiyədə 11 ayrı maddədən tutularaq İstanbul, Ankara və Bursa da 12 ildən artıq həbs yatmışdır. 1951-ci ildə Türkiyədən ayrıldıqdan sonra Türkiyə Cumhuriyyəti vətəndaşlığından çıxarılmışdır. Bu qərar ölümündən 46 il sonra 5 yanvar 2009-cu ildə ləğv edilmişdir. 1963-cü ildə infarkdan Moskvada dünyasını dəyişmişdir.

Milli mübarizə dövrü

Milli mübarizənin ilk illərində xəstə olaraq keçirən Nazim Hikmət, 19 yaşı olduğunda 1921-ci ilin yanvar ayında dostu Vala Nurəddin ilə Türk Qurtuluş müharibəsinə qatılmaq üçün Ailəsindən xəbərsiz Anadoluya getdi. İneboluya çatdığı zaman Anadolu xalqının, əsasəndə kəndlinin əziyyətli yaşayışını yaxından gördü. 1921-ci il 14 iyunda Bolu sultanı tərəfindən müəllim vəzifəsinə təyin olundu. Burada bir müddət müəllimlik etdi. Ətrafın tutucu olması səbəbiylə xeyli zorlandı. Hətta Milli Mübarizəyə qarşı padişahın tərəfini tutan adamların düşmanlığını qazandı. 1921-ci ildin avqust ayında Boludan ayrıldı. 1922-ci ildə Moskvaya getdi.

Nazim

Moskva dövrü

Nazim Hikmət 1922-ci ildə Moskvaya yerləşdiyi zaman oktyabr inqilabı sonlandığı zaman başlamış olan Rusiyada daxili münaqişələrnin axırıncı ayları idi. Oktyabr İnqilabının öncüsü olan Vladimir Lenin 1924-cü il 24 yanvarda vəfat etdikdən sonra, Nazim Hikmət onun məzarında beş dəqiqə növbədə durmuşdur. 1925-ci ildə İstanbulda tanış olduğu Nüzhet xanımla Moskvada yenidən qarşılaşdı. Dostluqları ilərlədikcə evləndilər. Lakin çox keçməmiş Nüzhet xanım xəstələndi. Müalicə almaq üçün 1923-cu ildə İstanbula geri qayıtmağa məcbur qaldı, oradanda Avropaya getdi. Cütlük 1924-cü ildə bir yerə gəldiklərində Nüzhet xanımın təklif və israrı səbəbindən ayrılmağa qərar verdilər. Ayrıldıqdan sonra Moskvada tələbə yoldaşı Liloyla birlikdə olsa da Türkiyəyə geri qayıtmalı oldu. Amma Lilo onunla gələ bilmədiyi üçün ayrılmalı oldular.

daha çox
Back to top button
Close