Sahil Babayevin nənəsi ilə bağlı yanlış məlumatlar

Nazir Sahil Babayevin nenesi haqqında buradan oxu
Siyasətçi

Sahil Babayev haqqında

Sosial müdafiə naziri Sahil Babayev haqqında ətraflı məlumatla məqaləmizdə tanış ola bilərsiniz.

Sahil Rafiq oğlu Babayev hazırda Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışır.

Sahil Babayev haqqında

O, 1980-ci ildə Bakıda doğulub.

Təhsili

Nazir 2000-ci ildə Bakı Dövlət Universitetini “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsinin bakalavr dərəcəsini fərqlənmə alaraq yekunlaşdırıb.

2002-ci ildə isə magistr dərəcəsini, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini əldə edib.

Fəaliyyəti

O, 1999-2006-cı illər ərzində Dövlət Neft Şirkətinin Xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamentinin müdiri olub.

2006-2009-cu illəri əhatə edən 3 il ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi kimi çalışıb. Burada çalışdığı dövrdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi kimi çalışıb.

2009-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyaların əlaqələndirməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonra isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri olub.

Bununla yanaşı 2009-2014-cü illəri əhatə edən illərdə “Təmiz Şəhər” ASC-nin Müşahidə sədri, Avropa İttifaqı – Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədrlik edib. Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri və “Socar Türkiyə Ege” Kompleksinin, yəni Star Layihəsinin Direktorlar Şurasının üzvü olaraq fəaliyyətini davam etdirib.

BDU-nun (Bakı Dövlət Universiteti) Beynəlxalq Hüquq kafedrasının müəllimi, ADA-da (Azərbaycan Diplomatik Akademiyası) bir sıra mövzular üzrə mühazirəçi olub. Bir sıra ölkələrdə, məsələn İngiltərə, Fransada beynəlxalq hüquq və müqavilə hüququ sahəsində bir sıra fərqli təlim və kursların iştirakçısı olub.

Sahil Babayev nazir təyin olundu

İlham Əliyevin 13 mart 2014-cü il tarixində verdiyi Sərəncam əsasında İqtisadiyyat və Sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixində verdiyi sərəncam əsasında isə İqtisadiyyat nazirinin müavini kimi fəaliyyət göstərib.

Azərbayacan Prezidentinin 21 aprel 2018-ci il tarixli imzaladığı sərəncam əsasında Əmək və Əhalinin sosial müdafiəsi naziri vəzifəsinə seçilib.

Sahil Babayev nazir təyin olunduqdan sonrakı illərdə ölkəmiz minimum pensiyanın nominal və alıcılıq qabiliyyəti indeksinə əsasən MDB-də birinci sıraya yüksəlib. Sosial-iqtisadi islahatlar, məşğulluq imkanlarının və əməkhaqlarının mütəmadi artımı və əmək münasibətlərində leqallaşmanın genişlənməsi nəticəsində sosial sığorta daxilolmalarında son 3 ayda da artım müşahidə olunub. Bu artım yüz əlli iki milyon manat və ya on yeddi faiz təşkil edib.

2022-ci ilin ilk rübündə şəhid ailələrinə və müharibə əlillərinə daha iki yüz mənzil, postmüharibə dövründə üç min iki yüz, ümumilikdə cəmi on iki min beş yüzdən çox mənzil və ya fərdi ev verilib. Bu il də min beş yüz şəhid ailəsi və müharibə əlilinin mənzil və fərdi evlə təminatı nəzərdə tutulub.

Mənbə: az.wikipedia

Əlavə olaraq Barak Obama haqqında oxuya bilərsiniz.

daha çox
Back to top button
Close