Nazir Sahil Babayev və Dariya Kisiç Tepavçeviç sosial təminat haqqında Saziş imzalayıblar
Azərbaycan Respublikası Hökuməti adından Sahil Babayev və Serbiya Respublika Hökuməti adından Dariya Kisiç Tepavçeviç “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş” imzalayıblar.
Sazişin imzalanma mərasimi videokonfrans formatında keçirilib. Konfrans zamanı Sahil Babayev hər iki tərəfin dövlət başçılarının siyasi iradəsi nəticəsində ölkələrarası əməkdaşlığın davamlı inkişafından və Prezident İlham Əliyevin tapşırıqları əsasında keçirilən sosial islahatlardan danışıb.
Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev iki ölkə arasında əmək və sosial təminat üzrə əməkdaşlıq zamanı təcrübəyə əsaslanan mübadilənin vacibliyini xüsusilə vurğulayıb. 2021-ci ilin iyul ayında Azərbaycan və Serbiya arasında imzalanan “Əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu”nun ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Daimi olaraq qarşılıqlı şəkildə inkişaf edən ölkələr arasında əməkdaşlığın özünü əmək, məşğulluq və sosial müdafiə sahələrinə yansıtmasından məmnunluq duyduğudu bildirən xanım D.K.Tepavçeviç, gələcəkdə də bu münasibətlərin inkişaf edəcəyinə inandığını bildirib.