Sahil Babayev pensiya artımı haqqında danışdı
Ölkə başçısı İlham Əliyevin tapşırığı əsasında növbəti sosial islahat paketi hazırlanıb. Bu, sosial islahatların yenimərhələsidir. Bu paket daxilində 2022-ci ilin əvvəlindən minimal pensiyada artım baş tutacaq. Pensiya ilə bərabər, müavinətlərdə də artım olacaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin açılışında media nümayəndələrinə müsahibə verərkən söyləyib.
Nazir çıxış zamanı dilə gətirib ki, 2018-2021-ci ildə minimal pensiya artımı səksən iki faiz, orta pensiya artımı altmış faiz olub. Müavinətlərdə də orta hesabla iki dəfəyə yaxın artımlar baş tutub. Ümumilikdə isə gələn ildən növbəti sosial islahat paketi daxilində pensiya, müavinət, təqaüd, maaş, sosial yardımlar artacaq. Bu artımların iki milyondan çox vətəndaşı əhatə edəcəyini deyən nazir söyləyib ki, əlavə olaraq bir milyon yüz mindən çox pensiya alan şəxsin pensiyası da gələn ildən indeksasiya nəticəsində artacaq.