Sahil Babayev Ruminiyanın ölkəmizdəki səfiri Vasile Soare ilə görüşüb
Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Azərbaycanla Ruminiya arasında olan ticari, iqtisadi, elmi və texniki əlaqələrin inkişafında bu sahələr üzrə Birgə Komissiyanın fəaliyyətinin önəmini vurğulayıb. Görüşdə Vircil-Daniel Popoesku ilə yanaşı, Ruminiyanın ölkəmizdəki səlahiyyətli səfiri Vasile Soare də iştirak edib.
Sahil Babayev Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən birinin Rumıniya olduğunu bildirib. Daha sonra o, 2020-ci il Prezident İlham Əliyevin başçılıq etdiyi Vətən müharibəsinin qələbəsindən və işğaldan azad olunmuş torpaqlarda gedən təmir-bərpa işlərindən bəhs edib.
Daha sonra o, Birgə Komissiyanın fəaliyyətinin artması ilə iki dövlət arasında əlaqələrində inkişaf etdiyini bildirib. V.Popesku siyasi və iqtisadi baxımdan əlaqələrin genişlənməsindən məmnunluq duyduğunu və Rumıniyanın Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə Azərbaycan və Rumıniya əməkdaşlığının inkişafına dair imzalanmış 60 sənədin olduğu və gələcəkdə yeni sənədlərin də imzalanacağı, bununla da iki dövlət arasındakı əlaqələrin genişləndiriləcəyi qeyd olunub.
Rumıniya ilə imzalanmış yeni sənədlər arasında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rumıniyanın Əmək Ədalət Nazirliyi arasında Əməkdaşlıq haqqında Protokol” layihəsinin də olduğu diqqətə çatdırılıb.