Sahil Babayev Xızıda şəhid ailələri üçün yaradılan təsərrüfatlara baxış keçirib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovla Xızı rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, onlar üçün özünüməşğulluq proqramı üzrə yaradılan təsərrüfatlara baxış keçirib.

Nazir Sahil Babayev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə, postmüharibə dövründə icra olunan sosial dəstək tədbirlərinin bir istiqaməti kimi, şəhid ailələri və müharibə iştirakçılarından ibarət səkkiz min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri, təsərrüfatlar yaradılıb.

Məqsəd isə onların kiçik biznesə yiyələnmələri, bununla sahibkarlığa çıxışına şərait yaradılmasıdır. Hazırda da bu proses davam edir.

Ailələr dövlət tərəfindən digər dəstək tədbirləri ilə də əhatə olunublar. Onlara müvafiq sosial ödənişlər təyin olunub və ər iki ailə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, təsərrüfatlarını inkişaf etdirmək üçün çalışdıqlarını bildiriblər.

Back to top button
Close