Sahil Babayevdən müharibə iştirakçılarına müjdə
Vətən müharibəsi iştirakçılarına verilən müavinətin artırılması üzərində iş gedir və buna sosial islahatlar çərçivəsində nəzər yetiriləcək.
Tesdiq.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə bügünki çıxışı zamanı söyləyib
Xatırladaq ki, hazırda ölkədə müharibə veteranlarına 80 manat müavinət təqdim edilir.